Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentə çağırılıb.
Bu barədə qanunverici orqanın Xarici əlaqələr üzrə komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib. Onun sözlərinə görə, “Lelo” fraksiyasının tələbi əsasında XİN başçısı iyunun 21-də komitənin qapalı iclasında çıxış edəcək: “Nazir qonşu ölkələr – Azərbaycan, Ermənistan, Türkiyəyə səfərləri və NATO sammiti barədə hesabat təqdim edəcək”.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili XİN başçısı ilə birgə bu ilin mayın 5-də Azərbaycanda rəsmi səfərdə olub.