Gözlənildiyi kimi, Estoniya, Litva və Latviya Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı yeni qərar qəbul edib. Tezadlar.az Latviya seyminin saytına istinadla bildirir ki, Baltikyanı ölkələrin Xarici İşlər Nazirlikləri bu barədə qərara gəlinib. Qərara əsasən, Estoniya, 55, Litva 74 və Latviya 16 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa tətbiq edib. Estoniya Xarici İşlər Nazirliyi Estoniyaya girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc edib. Məlumata görə, qərar Gürcüstan parlamentinin üzvləri – Laşa Talaxadze, İrakli Zarkua, Viktor Sanikidze, Gela Samxarauli və keçmiş parlament üzvü Beka Odişariya, həmçinin “Alt-İnfo” siyasi hərəkatı ilə əlaqəli şəxslər: Konstantin Morqoşia və Zurab Maxaradzeyə şamil edilib. Bundan başqa çox sayda hakimlər, prokurorlar və polis əməkdaşlarına da qadağa şamil edilib. Litvanın xarici işlər naziri Kestus Budris qeyd edib ki, Litva 74 gürcü məmurunu Gürcüstanda ciddi insan haqları pozuntuları və repressiyalara görə ölkəyə girişi qadağan olunmuş şəxslər siyahısına əlavə edib. O bildirib ki, Litva gürcü xalqının demokratiya və Avropa gələcəyinə can atmasına görə yanındadır. Latviyanın xarici işlər naziri Baiba Braje bildirib ki, 16 Gürcüstan vətəndaşının qeyri-müəyyən müddətə Latviyanın persona non qrata siyahısına əlavə edilib.
Onu da deyək ki, ötən ilin dekabrında Baltikyanı ölkələr Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili də daxil olmaqla 11 nəfərə sanksiya tətbiq edib. Gürcüstan hakimiyyəti isə bu qərarları sərt, həm də məyyus halda qarşılayıb. Bunlar o deməkdir ki, Gürcüstan sanksiyalarla sınağa çəkilməkdədir.
A.Məmmədli