Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
Xatırladaq ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda hava hücumu nəticəsində öldürülüb. O, sonuncu dəfə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb.
İran- İsrail qarşıdurması isə raket hücumları ilə davam edir. ABŞ rəsmiləri də İranı bu qarşıdurmadan çəkindirməyə çalışırlar.
A.Məmmədli