Əsas məzmuna keç

HƏRBÇİMİZ XİDMƏTDƏN QAYIDARKƏN DÜNYASINI DƏYİŞİB

İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu

xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

Bu barədə “Təzadlar”a Dövlət Sərhəd Xidmətindən bildirilib. Məlumatda bildirilir ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.
 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…