Əsas məzmuna keç

HƏRBİ ÇAĞIRIŞÇILARIN RUSİYADAN ÇIXIŞI QADAĞAN EDİLİB

Hərbi qeydiyyatda olan rusların ölkədən kənara çıxmasına icazə verilmir.

Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram-da yazıb.

Volodin “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” federal qanuna istinad etdi ki, bu qanun hərbi komissarlıqların icazəsi olmadan getməyi qadağan edir. Qanunun belə bir norması var və hərbi xidmətə cəlb olunanların hamısı bunu rəhbər tutmalıdır”, – deyə o yazıb.

Bundan əvvəl bir sıra Rusiya nəşrləri “referendum”dan sonra səfərbərlik yaşında olan kişilərin Rusiyanı tərk etməsinə qadağa qoyulacağı barədə məlumat yayıb. Sərhədi keçmək üçün kişilər hərbi komissarlıqdan icazə almalı olacaqlar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…