15 Dekabr 2025 / 22:13

Hacı Qaraman ocağının davamçısı – Yer üzünün Cənnət Mələyi

Аzərbaycan müqəddəs yerləri, insaları ilə qədim zamanlardan zəngindir. Bu yerlər, insanlar qeyri adiliyi, möcüzəli həyat tərzi ilə başqalarından çox fərqlənir. Hər birimiz bu yerləri, bu insanları tanımaq, inanmaq, Böyük Yaradan tərəfindən belə möcüzəli həyat tərzi olan qeyri-adi qabiliyyətli insanları dəyərləndirmək və keçmşimizi unutmamaq, tarixdə yaşatmağa borcluyuq. Çünki bunları Yer üzünə Allah bəxş edir. Bu cür insanları gələn zərərdən Allah özü qoruyur, bunlara inanmayanları da Allah özü cəzalandırır.

Hamımıza İslam Peyğımbəri olan Hz.Məhəmməd (s.ə.s) nəslindən olan dördüncü İmam Zeynalabdin (s.ə.s) şəxsiyyəti məlumdur. Bu nəslin nümayəndələrindən biri də Azərbaycanın Cəbrayıl rayonunda dünyaya göz açmış Hacı Qaraman Çələbidir. Türkiyyənin Diyarbəkir şəhərindən Azərbaycana gəlib və Cəbrayıl rayonunda (o vaxt Qiraxdın adlanan) özünə yurd salır. Nəticədə, orada böyük bir kənd yaranır və hazırda Hacı Qaramanın məzarı da həmin kənddədir. (Bu haqqda tarixi mənbələrdə). Hamının tanıdığı böyük gücə malik olan övliyadır ki, bu gün də onun ocağına nə niyyətlə gedirsənsə, o niyyətə çatmamaq mümkün deyil. Bu gün bu ocağın ağır yükünü çiyinlərində daşıyanlardan biri 1993-cü il erməni soyqırımı zamanı çox çətinliklərlə Bakı şəhərinə gələn, əvvəlcə müxtəlif yerlərdə və hazırda Əhmədli qəsəbəsində yaşayan Hacı Məhluqə Çələbi xanımdır. Bu xanım haqqında çoxlu məqalələr, kitablar yazılmışdır. “Məkkədə möcüzə”, “Zəmanəmizin möcüzəsi”, “Qeybdən insana” və s. kimi kitablarıdır. Əlisahib Əroğlunun “Yəhya Çələbi – haqq dünyamızın işığı” kitabında Şahlıq Çələbi, Yetər Çələbi, Əli Çələbi, Fatimə Çələbi və s. şəxsiyyətlər Hacı Qaraman Çələbinin törəməsi Hacı Məhluqə Çələbinin yaxın qohumlarıdır.  Gəlin bu xanımı bir az da yaxından tanıyaq.

Yusifov Hacı Məhluqə Çələbi Əvəz qızı 14 iyun 1957-ci ildə Cəbrayıl rayon Hovuslu kəndində  anadan olub. 1985-ci ildə ailə qurub. Bir oğlu, bir qızı vardır. Anası Yusifov Həsiyə Çələbi xanım Hacı Qaraman nəslindəndir.

Hacı Məhluqə Çələbi İkinci sinifdən zikrə getməyə başlayıb, amma heç kim onun zikrə getdiyin bilməyib, hətta özü də bunun nə olduğun bilməyib. Hər zikrə getdikcə də tanımadığı, görmədiyi yerlərdə olurmuş. Sonra özü Məkkə, Mədinə şəhərinə ziyarətə gedərkən oraları zikrə gedərkən gəzdiyi yerlərin olduğun bilib və özü də başa düşmədiyi məqamları anlayıb. Lakin anladıqlarını belə bildirməyə cürət etməyib. Valideynləri  bütün həkimlərə, hətta xaricə də aparıblar, amma bir səbəb tapmayıblar. Özündən gedirmiş, nədən olduğunun səbəbini araşdırıblar. Həkimlər bu qeyri-adi xəstəlikdən baş aça bilmir, heç nəyi yoxdur, deyiblər. Hacı Məhluqə Çələbi xanımın böyüklərinə agah olanlar əsasında  onun zikrə getdiyi məlum olub. Həmin gündən həkimə aparmayıblar.

Sonra qonşuları yuxuda görürmüş ki, Məhluqə xanıma deyin, balaca adam deyil namaz qılsın. Onlar Hacı Məhluqə Çələbi xanıma yuxuların deyəndə, “namaz nədir, mən bilmirəm” deyib. Bir müddət sonra özü də görüb ki, qurban olduğum Peyğəmbər gəlib, quranı ona verib “Anam, bacım donundasan namaz qıl”, – deyib. O, yenə də namaz necə olur bilmədiyin deyib. Sonra onlar Hacı Məhluqə Çələbi xanıma  namaz qılmağı öyrədiblər. O gündən Məhluqə xanım namaz qılmağa başlayıb. 2006-cı ildə isə bütün  dünya xalqları içində, hamının gözü önündə Kəbə evində 7 saat yarım qeybə çəkilib. Hətta onun aparıldığını görüb saxlayanlar olub, lakin əllərindən çıxıb bulud şəklində göyə çəkilib. 7 saat sonra onu öz zəvvarının yanına qaytarıblar. Hamını təəccüb bürüyüb və qayıtdığına görə sevincdən hamı ağlayıb. (Bütün bunlar “Qeybdən insana” kitabında).  Orada ziyarətgahdakı insanlar Hacı Məhluqə Çələbinin yeridiyi torpaqdan öpüblər.

“Qeybə çəkilmək” Allahdan (onun işlərindən) olan bir işdir. Allahın sirlərindəndir. Qeybə çəkilmək yalnız Quranda və hədislərdədir.

Qeybə çəkilən zaman Hacı Məhluqə Çələbi xanımın əlindəki “A” hərfi və “qılınc” izi ona Allah tərəfindən verilən şəfavericidir və ən böyük möcüzənin isbatıdır ki, bu gün də bu əlinin gücü ilə yanına pənah gətirən xəstələr şəfa tapır. Əlindəki “A” hərfi Allahın adının birincı hərfi olub, qılınc isə güc, qüvvə, mənasında bu gün də hamıya şəfavericidir. (Ən əsasın isə Hacı Məhluqə Çələbi xanımın özü bilir)  Bütün bunlar həqiqətdir. Çünki onun yanında olan həkimdən çarə tapmayan xəstələrin şəfa tapması buna sübutdur. Onun möcüzələri göz qabağındadır, danışmaqla qurtarmaz. Biz yalnız gördüklərimizi danışırıq. Çünki Hacı Məhluqə Çələbi xanım özü haqqında danışmağı sevmir. Bu möcüzələri görənlər və Hacı Məhluqə xanımın yanında olub şəfa tapanlar, tanıyanlar bunu daha yaxşı bilir. Onun möcüzələrini şahidlərinin bir qisminin sözləri “Qeybdən insana” adlı publisistik kitabda daha aydın yazılıb və buna sübutdur. Bu kitab müəyyən dövrü əhatə edir, çünki hər gün yeni-yeni şəfa tapan insanlar olur.

Bu haqqda Hacı Məhluqə Çələbidən soruşanda, 2008-ci ildə yenidən gizli 1 saatdan çox ruhu qeybə çəkildiyini dedi. Və həmin zaman min bir dərdin dərmanı olan dualar ona verilib (bilmədiyimiz başqa nələr), ondan sonra insanlara yardım etməyi boynuna götürür və  insanlara əlimdən gələni eləyib bu günə qədər. O gündən başa düşür ki, O, nəyə qadir insandır və öz missiyasını həyata keçirməyə başlayır. Həmin gündən onu rahat buraxırlar və sonra zikrə getməyir. O günə qədər Məhluqə xanım bu hökmün mahiyətini başa düşə bilmirdi və bu hökmü götürməkdən qorxurdu. O gündən ona verilən dualar əsasında xəstələr başda olmaqla hər kəsə özünə əyan olanları (Allahın icazəsi ilə edir və düzgün yol göstərir. İcazə verilməsə demir və etmir) deyir və edir. Qapısına gələn də əli boş getmir. Xəstələrə Hacı Məhluqə Çələbi xanım Allahın izni ilə əli və duaları əsasında min bir dərdin dərmanını, şəfasını verir.

Bu gün Hacı Məhluqə Çələbi xanım kimsədən təmanna ummadan hamının yardımçısıdır. Bu xanımın şəfalı əlləri sayəsində (Allahın izni ilə) insanlar şəfa tapırlar. O, yalnız “Allahın razılığı ilə” insanlara şəfa verir. Onun ocağında gözləri kor olanın gözü açılır, ruhi xəstələr, uşağı olmayanlar, nəzəri olanlar, bəxti-taleyi gətirməyənlər, zob, kista, xərçəng və digər bədxassəli şişləri əlinin şəfası ilə sağalırlar, bu ocaqda şəfa tapırlar. Biz tarixi faktlar əsasında Hacı Məhluqə Çələbi xanımı “Yer üzünün Mələyi” adlandırırıq. Həqiqətən də, onu tanıyanlar, onu görənlər, onun qonağı olanlar ona verilən bu adı təsdiqləyərlər və bəlkə də, bundan gözəl ada layiq görüb, onu hər kəs özü yenidən kəşf edib, yeni ad verər. Ən əsası isə odur ki, onun ocağında xəstələr şəfa tapır. Elə Hacı Məhluqə Çələbi xanımı (055 518 32 07) xalqımıza tanıtmaqda da məqsədimiz budur.

Ağır ocaqdı. Hamının tanıdığı Hacı Qaraman ocağının törəməsidir. Bu gün o nəsildə hökmün ağırlığı olduğu bir ocaqdır. Onun qapısına nə niyyətə gələn naümid qayıtmır. Həqiqətən, Allahın ona həvalə etdiyi hər şeyi qapısına gedəndən əsirgəmir, duaları və əli ilə (bilmədiyimiz başqa nələrlə) hər kəsin şəfasını verir. Bir sözlə, Hacı Məhluqə Çələbinin ocağı Yer üzünün Cənnət Mələyinin “Şəfa Ocağı”dır. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə. Allah talanın gördüyü işlərin bir çoxunun hikməti biz bəndələrə məlum deyil.

15-20 ilin xəstələri Hacı Məhluqə Çələbinin ocağında ayılıb gedir. Bu ağır ocaq bu gün hər kəsin “Ümid qapısı”, “Dilək”, “Məslək”, “Şəfa”  yeridir. Bizim müqəddəs ocaqlarımız çoxdur, bu ocaq isə “Müqəddəs ocağın müqəddəs Mələyi” ilə birlikdə insanların ümid yeridir.

Nahidə İbrahimova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!