HACIQABULLULARA SEVİNDİRİCİ XƏBƏR- TEZLİKLƏ BU AÇILIŞA HAZIR OLUN!

 …Milli Məclisin sədr müavini Rafael Hüseynov bir müddət əvvəl Hacıqabul şəhərində musiqi məktəbi üçün ayrıca bina tikilməsi xahişi ilə Baş nazirə müraciət etmiş, istedadlı gənclərin çox olduğu bu rayonda illərcə həllini gözləyən həmin problemin nəhayət ki, çözülməsini istəmişdi. Tezadlar.az-a açıqlamasında R.Hüseynov bildirib ki, noyabrın 4-də Nazirlər Kabinetindən Milli Məclisə – Rafael Hüseynova ünvanlanan və müraciətin müsbət həll olunduğunu xəbər verən məktub daxil olub. Məktubda yazılıb: “Hacıqabul şəhərində müasir tələblərə cavab verən yeni Uşaq Musiqi məktəbinin tikintisi barədə müraciıtinizə Azərbaycan Respublikası Nazirlər Kabinetində baxılmış və məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müvafiq göstəriş verilmişdir. Məlumat üçün bildiririk ki Mədəniyyət Nazirliyi tərəfindən Hacıqabul şəhər Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşası dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına daxil edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir”.
Beləliklə, hacıqabulluların çoxdankı arzusunun gerçəkləşməsi yolunda artıq real addım atılmışdır. Hacıqabul şəhərində Uşaq Musiqi Məktəbinin qapılarını şagirdlərin və musiqisevərlərin üzünə açacağı gün artıq uzaqda deyil.
Y.Məmmədli
Xəbəri paylaş

Xəbər lenti