İyunun 16-da, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyevi həm kamikadze dron, həm Ty-95MC, Ty-160 tipli təyyarələrdən X-101/55, “Kalibr”, “Kinjal”, həm də “İsgəndər” ballistik raketi ilə atəşə tutub. Tezadlar.az Ukraynaya aid sosial media istifadəçisi Anar Natiqoğlunun fb səhifəsinə istinadla bildirir ki, şŞəhərin müxtəlif rayonlarında partlayış və yanğın baş verib. Bir binanın 7 mərtəbəsi dağılıb. Hazırda xilasetmə işləri aparılır. Səhər saatlarına azı 14 nəfərin həlak olduğu, 55 yaralının olduğu bildirilir.
Maraqlıdır ki, Putin Ərdoğanla telefon danışığında İsrailin İrana olan hücumunu pisləyib və bu hərbi əməliyyatların dayandırılmasını tələb edib. Özü isə…
A.Məmmədli
https://www.facebook.com/1077600514/videos/pcb.10233277300489361/2107493823078357
https://www.facebook.com/1077600514/videos/pcb.10233277300489361/2107493823078357