Hantavirus yoluxma hallarının aşkarlandığı beynəlxalq kruiz gəmisində olan üç Türkiyə vətəndaşı bu gün Türkiyəyə qaytarılır. Səhiyyə Nazirliyi sərnişinlərin Türkiyəyə çatdıqdan sonra karantinə alınacağını və vəziyyətlərinin yaxından izləniləcəyini vurğulayıb.
Tezadlar.az xəbər verir ki, Səhiyyə Nazirliyi gəmidəki Türkiyə vətəndaşlarının Türkiyəyə qaytarılacağını açıqlayıb.
“Müvafiq beynəlxalq orqanlarla koordinasiyalı şəkildə aparılan monitorinq prosesində vətəndaşlarımızın heç bir simptom və ya xəstəlik əlaməti göstərmədiyi bildirilib”, – açıqlamada deyilir.
Gəmidəki üç Türkiyə vətəndaşının Türkiyəyə çatdıqdan sonra karantinə alınacağı və sağlamlıq prosedurlarının nazirlik tərəfindən diqqətlə idarə olunacağı vurğulanıb.
E.ŞİRİNOV







