Əsas məzmuna keç

Hasar maşınların üzərinə aşdı- GÜNAH ARAMSIZ YAĞIŞDA İMİŞ!

Ötən gecə güclü yağış səbəbindən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində hasar avtomobillərin üzərinə aşıb. Tezadlar.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlara görə, hadisə qəsəbənin İqor Ağayev küçəsi 3 ünvanında saat 12:30 radələrində baş verib. Nəticədə “Changan”, “Mercedes” və “Mitsibushi” markalı avtomobillər istifadəyə yararsız hala düşüb. Hasarın 2 gün davam edən aramsız yağışlar nəticəsində aşdığı bildirilir. FHN və sığorta əməkdaşları hadisə yerini müayinə ediblər.
Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…