Əsas məzmuna keç

HAVA LİMANINDA AN-12 HƏRBİ-NƏQLİYYAT TƏYYARƏSİ YANIB

Rusiyanın Novosibirsk hava limanında AN-12 hərbi-nəqliyyat təyyarəsi uçuş-enmə zolağında yanıb.

Bu barədə bir sıra Rusiya KİV-ləri məlumat və hadisə yerindən video yayıblar.

Məlum olub ki, yanğın Tolmaçevo hava limanında təcili enişdən sonra baş verib. AN-12-nin sağ qanadı alovlanıb. İlkin məlumata görə, alışma mənbəyi mühərrikin ərazisində olub.

Daha sonra yanğının söndürüldüyü məlum olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…