HAVA LIMANINDA İĞTİŞAŞ TÖRƏDƏN 7 NƏFƏR MÜHAKİMƏ OLUNDU

Oxunma sayı: 55

Stavropol vilayətinin məhkəməsi Mahaçqala hava limanında baş vermiş iğtişaşların yeddi iştirakçısını səkkiz ildən doqquz ilədək ümumi rejimli koloniyaya məhkum edib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə vilayət prokurorluğunun mətbuat xidməti məlumat verib.

“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və hər birinin rolunu nəzərə alaraq təqsirləndirilən şəxsləri ümumi rejimli islah koloniyasında çəkməklə 8 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

19 May