Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilməz halda istintaq keçmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs edilən keçmiş əməkdaşları olmuş Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxmalı olacaq. Tezadlar.az xəbər verir ki, Ali Məhkəmə bu barədə gözlənilməz qərar qəbul edib. Belə ki, Ali Məhkəmə kassasiya şikayətini əsaslı sayıb, nəticədə təqsirləndirilənlərin həbsi ilə bağlı qərar ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Son qərar məhkumların yenidən azadlığa buraxılması və ya cəzalarının azaldılması ehtimallarını gücləndirib. Ola bilsin elə belə də olacaq.
İndi sual yaranır: əgər həbs edilənlər azadlığa buraxılacaqsa, onda istintaqı aparmış müstəntiq, dövlət ittihamçısı və hökm vermiş Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası, sonuncu məhkəmə hökmünü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cəzalandırılacaqmı? Bax sual budur!
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H.Vəlizadə və V.Hüseynova şərti cəza vermişdi. Amma bir neçə ay sonra prokurorun protesti əsasında hökm dəyişdirilib. Hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilməklə yenidən həbs ediliblər.
A.Məmmədli