11 Mart 2026 / 10:51

“Heç kim qardaşı-qardaşa qırdırmaq tələsinə düşülməməlidir”

İran ətrafında baş verənlərə rəğmən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verərkən “Türkiyənin bütün qurumları ölkənin İranla bağlı böhrana cəlb olunmasının qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir”, -deyə bildirib. Tezdlar.az “TRT-Haber” telekanalına istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, Türkiyə İrana öz ərazisini hədəf alan raket hücumlarının yolverilməzliyi barədə xəbərdarlıq edib: “Can Azərbaycan başda olmaqla, qardaş ölkələrlə həmrəylik içindəyik. Bölgədəki terror ünsürlərini də izləyirik. Bölgəmizin sakitliyinə və sabitliyinə zərbə vuracaq hər cür ssenarinin qarşısındayıq. Heç kim yanlış hesab aparmasın. Qardaşı qardaşa qırdırmaq tələsinə düşülməməlidir”, – deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Türkiyə prezidenti iranlı həmkarı ilə raket hücumu iddiaları fonunda mövcud vəziyyəti müzakirə edib. İran prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, Məsud Pezeşkian İranın Türkiyəyə raket hücumu ilə bağlı iddiaların araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu bildirib. İran prezidentinin sözlərinə görə, belə bir qrupun yaradılması İranın Türkiyəyə raket zərbələri endirdiyi barədə iddialarla bağlı anlaşılmazlıqları aradan qaldırmağa kömək edə bilər.

M.Pezeşkian isə əlavə edib ki, qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə edilmədikcə, Tehran regionda deeskalasiyanı dəstəkləyir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!