26 Dekabr 2025 / 10:25

Həftəsonu səfərə çıxan sürücülər, diqqətli olun!

DİN-nin mətbuat xidməti həftəsonu səfərə çıxan sürücülərə tövsiyyə edib ki, hava yağmurlu olacaq, yollarda diqqətli olmaq lazımdır. Tezadlar.az xatırladır ki, tövsiyyə xarakterli məlumatda deyilir: “Ölkə ərazisində hazırda əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında yağış, dağlıq ərazilərdə isə buz bağlayan yollar qəza riskini ciddi şəkildə artırır.
Həftəsonu respublika əhəmiyyətli yollarda hərəkət intensivliyi artır. Buna görə də sürücülərdən xahiş olunur:
✅ Günün işıqlı vaxtlarında yola çıxın
✅ Sürət həddinə ciddi əməl edin
✅ Qış mövsümünə uyğun olmayan şinlərlə hərəkət etməyin
✅ Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın
✅ Məsafəni qoruyun və qəfil manevrlərdən çəkinin
🛣️ Unutmayın ki, sizin və ailənizin təhlükəsizliyi bir neçə saniyəlik diqqətdən asılıdır”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!