7 Aprel 2025 / 11:24

Həlak olan hərbi qulluqçu Əsgər Nicat oğlu Musazadə dəfn edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində keçirilən vida mərasimi başa çatıb. Tezadlar.az xəbər verir ki, Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunub.

***

Xatırladırıq ki, Cəbrayılda hərbi qulluqçu Əsgər Nicat oğlu Musazadənin həlak olması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə “Təzadlar”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Allah rəhmət eləsin!

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!