
Saxalində qəzaya uğrayan “Robinson” helikopterinin pilotu və sərnişinlərindən biri ölüb, daha bir nəfər təxliyə edilib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətlərindən məlumat verilib. Məlumata görə, helikopterdə dörd nəfər olub.
“Ümumilikdə “Robinson R-44″ helikopterinin göyərtəsində dörd nəfər – iki pilot və iki sərnişin olub. Qəzaya uğrayan helikopter havadan aşkar edilib. Müəyyən edilib ki, pilot və sərnişinlərdən biri ölüb, bir nəfər təxliyə edilib. daha birinin taleyi dəqiqləşdirilir”, – mənbə bildirib.
E.ŞİRİNOV






