11 Aprel 2025 / 08:19

Helikopter qəzasında dünyada tanınan şirkətin rəhbəri və ailəsi həlak olub

Ötən gün Almaniyanın “Siemens” konserninin İspaniya üzrə filialının rəhbəri Auqustin Eskobar Nyu-Yorkda Hadson çayına düşən helikopter qəzası nəticəsində həyatını itirib. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, hadisə zamanı onun həyat yoldaşı və üç övladı da həlak olub. Nyu-York meri Erik Adams helikopter qəzasında ümumilikdə altı nəfərin həyatını itirdiyini təsdiqləyib.

Helikopterin nədən qəzaya düşdüyü araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!