Əsas məzmuna keç

HƏMAS İsraili fələstinli məhbusları azad etməyə məcbur etməyə çağırıb

Fələstinin HƏMAS hərəkatı vasitəçiləri və bütün beynəlxalq ictimaiyyəti şənbə günü azad edilməli olan fələstinli məhbusları azad etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, HƏMAS nümayəndəsi İzzət ər-Rişqin müvafiq bəyanatı hərəkatın Telegram kanalında dərc olunub.

“HƏMAS İsrailin fələstinli məhbusların azad edilməsini təxirə salmaq qərarını qətiyyətlə pisləyir – bu, qarşı tərəfin razılaşmanın şərtlərinə əməl etmək istəmədiyini bir daha nümayiş etdirir. Biz vasitəçilərdən və bütün beynəlxalq ictimaiyyətdən tələb edirik ki, İsrailə təzyiq göstərsinlər və heç bir gecikmə olmadan məhbuslarımızı həbsxanalardan azad etməyə məcbur etsinlər”, – sənəddə deyilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…