Gürcüstan “Vahid Milli Hərakat” partiyasının nümayəndəsi Ceyhun Məhəmmədəliyə Gürcüstan Universitetində vəzifə verilib. Tezadlar.az 24News.ge – yə istinadla xəbər verir ki, o, Gürcüstan Universitetinin gənclər üzrə məsləhətçisi təyin olunub. Məmmədli portala müsahibəsi zamanı C. Məhəmmədəli bildirib ki, yeni işinə görə partiya ilə əməkdaşlığı dayandırmır və hər iki istiqamətdə öz fəaliyyətini davam etdirəcək: “Partiya ilə əməkdaşlığım davam edəcək, dəyişən heçnə yoxdur. Sadəcə yeni iş, yeni çağırışlar və yeni imkanlar baş verəcək. Gürcüstan Universitetinə etimada və əməkdaşlığa görə təşəkkür etmək istəyirəm. Universitet mühitinə qoşulmaq imkanı qazandığım üçün şadam, çünki burada çox dəyərli təcrübə qazanacağıma və çox gözəl insanlarla tanış olacağıma, həmçinin öz təcrübəmi gənclərlə bölüşüb onlara fayda verə biləcəyimə inanıram”, – deyə Ceyhun Məhəmmədəli qeyd edib. Məlumat üçün bildirək ki, Ceyhun Məhəmmədəli uzun illər Gürcüstanın mərkəzi televiziyaları olan “Rustavi 2” və “Mtavari Arxi” telekanallarında jurnalist kimi fəaliyyət göstərib. Ötən ilin parlament seçkilərində isə “Vahid Milli Hərakat” partiyası tərəfindən onun deputatlığa namizədliyi irəli sürülüb.
26 Aprel
- 16:46
- 16:27
- 11:49
- 11:21
- 11:07
- 10:58
- 10:25
- 10:17
- 10:05
- 10:00
- 09:57
- 23:52
- 23:41
- 22:45
- 22:05
- 21:54
- 21:50
- 21:47
- 21:47
- 17:25