24 Aprel 2026 / 20:52

Hər 100 qadına 92 kişi düşür- KİŞİLƏRİN AQİBƏTİ NECƏ OLACAQ?

…Kişi-qadın bərabərliyi təkcə Konstitusion hüquqlarla deyil, həm də balansda özünü göstərməlidir. Məsəıən, kişilərin qadınlardan çox olması elə də təhlükəli deyil, əksinə, qadınların kişilərdən çox olması demoqrafik problemlərə yol aça bilir. Hər halda, sosioloqlar belə hesab edir… Məsəıən, yaxın qonşumuz Gürcüstanın əhalisi 2026-cı il 1 yanvar vəziyyətinə görə 3 milyon 941.1 min nəfər təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0.3 faiz artım deməkdir. Tezadlar.az Gürcüstan Milli Statistika Xidmətinə(“Sakstat”) istinadla bildirir ki, göstəricilər 2024-cü il siyahıyaalınmasının nəticələri, eləcə də 2025-ci ilin təbii və miqrasiya hərəkəti əsasında hesablanıb. 2025-ci ildə ölkədə mənfi təbii artım (-6 452) qeydə alınsa da, müsbət miqrasiya saldosu (17 127) ümumi artıma təsir edib.

Məlumata görə, əhalinin 62.7 faizi şəhərlərdə yaşayır, Tbilisi isə ölkə əhalisinin üçdə birindən çoxunu özündə cəmləşdirir. Yaş strukturuna əsasən, 0-14 yaş qrupu 19 faiz, 15-64 yaş qrupu 62.9 faiz, 65 yaş və yuxarı əhali isə 18.1 faiz təşkil edir. Ölkədə orta yaş 38 olaraq göstərilir. Cins bölgüsünə görə, əhalinin 48 faizi kişi, 52 faizi qadındır. Kişilərin sayı 1 milyon 887.6 min, qadınların sayı isə 2 milyon 053.5 min nəfərdir. Hər 100 qadına 92 kişi düşür. 2025-ci ildə orta ömür uzunluğu 76 il olub. Kişilər üçün bu göstərici 71.4 il, qadınlar üçün isə 80.6 il təşkil edib.

Miqrasiya göstəricilərinə əsasən, 2025-ci ildə 114 374 nəfər ölkədən köçüb, 131 501 nəfər isə Gürcüstana gəlib. Həm immiqrantların, həm də emiqrantların böyük hissəsi (85.9 faiz) əmək qabiliyyətli yaşda olan şəxslərdir. İmmiqrantların 47.2 faizi, emiqrantların isə 51.4 faizi Gürcüstan vətəndaşlarıdır.

XXX

Azərbaycana gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə, ölkə əhalisinin 5 milyon 135,5 min nəfəri kişilərdən, 5 milyon 89,4 mini isə qadınlardan ibarətdir- 46 min çox! Bu isə ümumi əhali sayında kiçik rəqəm sayılır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!