Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 13:45

Heydər Əliyev prospektində yol qəzası baş verib – QƏZA ANININ VİDEOSU

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Tezadlar.az -a verilən məlumata görə, zəruri təhlükəsizlik tədbirləri görülmədən yolun hərəkət hissəsində dayanan avtomobil qəzaya səbəb olub. Hərəkətdə olan digər nəqliyyat vasitəsi dayanmış avtomobilə çırpılıb. Hadisə mərkəzin müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Qurum sürücülərə müraciət edərək xatırladıb ki, nasazlıq və ya digər məcburi səbəblərdən avtomobil yolun hərəkət hissəsində saxlanılarsa, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Belə ki, nəqliyyat vasitəsi mümkün olduqda yolun kənarına çəkilməli, qəza siqnalları aktivləşdirilməli və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.

Həmçinin vurğulanıb ki, sükan arxasında diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!