Əsas məzmuna keç

Heydər Əliyevin büstünü zədələyən erməninin məhkəməsi noyabrın 12-nə təyin edildi

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşı İ. A.-nın işi üzrə birinci məhkəmə iclası noyabrın 12-nə təyin edilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Teona Peradze məlumat verib. Daha əvvəl verilən məlumata görə, 40 yaşlı kişi sentyabrın sonundan 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlakı zədələməyə görə məsuliyyəti nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Peradzenin sözlərinə görə, onun müdafiə etdiyi şəxs hazırda ibtidai həbsdədir, iş üzrə istintaq davam edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…