Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gün oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.
İsrailin “Sputnik” portalı yazırki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumatda deyilir: “Bazar günü (13 oktyabr – red.) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”.
Tezadlar.az bildirir ki, İsrailin ordu rəhbərliyi isə Hizbullahın bu hücumuna sərt cavab tədbiri görüləcəyini bəyan edib. Beləliklə, ara yenidən qızışıb.
A.Məmmədli