Əsas məzmuna keç

Həm Tramp, həm də Putin Donbasın Rusiyaya verilməsini tələb edirsə…

“Həm amerikalılar, həm də ruslar deyirlər ki, əgər müharibənin sabah başa çatmasını istəyirsinizsə, Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “France 24” telekanalına müsahibəsində bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna müharibəni uduzmur. “Demək olmaz ki, biz müharibəni uduzuruq. Açığını desəm, biz onu qətiyyən uduzmuruq”, – deyə o bildirib.

Məlumata görə, həm Vaşinqton, həm də Moskva Kiyevə təzyiq göstərərək dörd ildir davam edən müharibənin dayandırılması üçün mümkün razılaşma çərçivəsində Donbasın Kremlə güzəştə gedilməsini tələb edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…