Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Hindistan KİV-lərində Türkiyənin terror təşkilatlarına dəstək verdiyi barədə yayılan xəbərlər iki ölkə arasındakı münasibətlərə xələl vurmaq məqsədi daşıyır. Tezadlar.az Haber-Türk- ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, bəzi Hindistan mediasında Türkiyənin Hindistandakı terror aktları ilə əlaqəli olduğu barədə iddialar əsassızdır: “Türkiyə harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq bütün terror aktlarını qətiyyətlə pisləyir və beynəlxalq əməkdaşlıqla terrorla mübarizədə öncül rol oynayır. BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasına və NATO-nun müvafiq siyasətlərinə fəal töhfə verir. Türkiyənin Hindistan və ya digər ölkələrdə radikallaşma fəaliyyəti yürütməsi iddiaları tamamilə əsassızdır”.
Qurum ictimaiyyəti bu cür manipulyativ və böhtan xarakterli xəbərlərə inanmamağa çağırıb.