Hindistan Pakistandakı məscidlərə də zərbələr endirib: ölənlər var

Oxunma sayı: 322
Hindistan HHQ-nin raketləri gecə boyu Pakistanın bölgələrinə – şəhər və məscidlərə zərbələr endirib.

TEZADLAR.AZ    xəbər verir ki,  Pakistan ordusunun sözçüsü  Hindistanın 6 nöqtəni – Bahavalpur, Muridke, Muzzəffərabad, Kotli, Bağ və Əhmədpurun şərq bölgələrini hədəfə aldığını bildirib. Hansı ki, həmin ərazilərdə yaşayan əhali sayı çoxdur.

General-leytenant Əhməd Şərif Çaudri mülki itkiləri təsdiqləyib. Onların arasında Əhmədpurun şərqində 3 yaşlı bir qız, Kotlidə isə 16 yaşlı qız və 18 yaşlı oğlan var.

Çaudri mətbuat konfransında deyib: “Hindistan ordusu müxtəlif silahlardan istifadə edərək altı yeri hədəfə aldı, nəticədə 24 zərbə endirildi. Hədəf alınan yerlər arasında məscidlər də olub və bu zərbələr həm Pakistan ərazisində, həm də Pakistanın nəzarətində olan Kəşmirdə həyata keçirilib”.

Qeyd edək ki, Pakistan ordusunun sözçüsü mətbuat konfransında Hindistanın Pakistana açıq hücum etdiyini və eyni zamanda Pakistanın bu hücuma tez və sərt cavab verəcəyini bildirib.

İRNA-nın məlumatına görə, Pakistan ordusu hücumlar nəticəsində 26 mülki vətəndaşın həyatını itirdiyini, 46 nəfərin isə yaralandığını bildirib.

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumuna cavab olaraq 5 Hindistan qırıcısını vurub.

JASMİN

Xəbəri paylaş