Hindistanın təhlükəsizlik qüvvələri Cammu və Kəşmirin şimalında baş verən atışmada 3 terrorçunu öldürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “News18” telekanalı rəsmilərə istinadən məlumat yayıb.
Terrorçunun öldürülməsi ilə nəticələnən qarşıdurma ştatın paytaxtı Şrinaqardan 40 km aralıda yerləşən Pulvamada baş verib.
Mənbələr bildiriblər ki, ölən terrorçuların Pakistanda yerləşən “Ceyş-i Məhəmməd” qruplaşması ilə əlaqəsi olduğu güman edilir. İstintaq qrupu onların Pahalgam terror hücumunda əli olma ehtimalını araşdırır.
Mayın 13-də Hindistan təhlükəsizlik qüvvələri də 3 terrorçunun məhv edildiyi barədə məlumat verib.
Bu antiterror əməliyyatları Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda aprelin 22-də baş verən terror aktından sonra Hindistan-Pakistan münasibətlərinin kəskinləşməsi fonunda həyata keçirilir. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq Sindoor əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib.
Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər. Hindistan xəbərdarlıq edib ki, hər hansı bir terror hücumu indi müharibə aktı kimi qiymətləndiriləcək və sərt cavab veriləcək.
E.ŞİRİNOV