İsrailin Livanın cənubuna endirdiyi dron zərbələri nəticəsində Hizbullahın iki komandiri zərərsizləşdirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Öldürülən komandirlərdən birinin Hizbullahın Şeba bölgəsinin tank-əleyhinə bölməsinin komandiri Muhəmməd Əhməd Xreys olduğu və onun Nəbatiyə adlı əraziyə endirilmiş dron zərbəsi nəticəsində həlak olduğu bildirilir.
“Müharibə zamanı terrorçu İsrailə qarşı bir sıra hücumlar, o cümlədən 2024-cü il aprelin 26-da Dov dağında həyata keçirilən və İsrail Müdafiə Qüvvələrinin mülki podratçısı Şərif Səvadiyin həlak olması ilə nəticələnən tank əleyhinə raket hücumunu həyata keçirmişdi”, – IDF məlumatında qeyd olunur.







