Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilərmi?
MEDİA-nın icraçı direktoru, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncağının üzvü Əhməd İsmayılov mətbuat konfransında bu sualı cavablandırıb. Ə.İsmayılov əcnəbi mütəxəssislərin gəlişindən sonra bu istiqamətdə yeni istiqamətlərin müəyyənləşdirildiyindən də danışıb. Sitat: “Deyim ki, klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik”.
Beləliklə, Bakı Buxtası beynəlxalq yarışlara meydan ola bilər. Bu, izləyici marağını artırar, yarışın daha maraqlı keçirilməsinə səbəb ola bilər. Bakının ümumi relyefi də şəhərin amfiteatr mənzərəli olması ilə bunu diqtə edir.
A.Məmmədli