Əsas məzmuna keç

Hollandiya Polşanın müdafiəsini gücləndirir

Niderland Polşanı hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edəcək və 300 hərbçisini ölkədə yerləşdirəcək.

“Tezadlar” xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

“Niderland Polşanı HHM sistemləri ilə təmin edəcək. “Patriot” batareyaları, NASAMS, dron əleyhinə sistemlər və 300 hərbçi kontingenti ilə biz onlara NATO ərazisini qorumaq və Ukraynanı dəstəkləmək üçün qabaqcıl imkanlar təklif edəcəyik”, – o, “X” sosial şəbəkəsində yazıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…