Əsas məzmuna keç

Hollivud ulduzu Ukraynaya növbəti səfərini reallaşdırdı

Amerikalı aktrisa Ancelina Coli Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Federasiyanın “Telegram” kanalında yayılan məlumata görə, Coli şəhərdəki boks klublarından birini ziyarət edib. Onun oğlu Noks da klubda keçirilən muay-tay məşqində iştirak edib.

Ancelina Coli avqustun sonunda Ukraynaya gəlib. O, Xarkovdan əvvəl Lvov, Ternopil və Poltava şəhərlərinə də səfər edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…