…Son günlər İran mediasında və regional bəzi şəbəkələrdə “İran qüvvələrinin Hörmüz boğazında ABŞ-ın 6–7 hərbi gəmisini və bir neçə tankeri məhv etdiyi” barədə iddialar yayılıb. Bəs beynəlxalq agentliklərin (Reuters, BBC, The Wall Street Journal) və müstəqil monitorinq xidmətlərinin (UKMTO) məlumatları nə deyir?
Məsələnin əsl mahiyyəti və faktlar: ABŞ hərbi gəmiləri vurulubmu?
Xeyr. Pentaqon və CENTCOM-un açıqlamalarına əsasən, İranın atdığı raket və PUA-lar havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Heç bir ABŞ esminesi və ya hərbi gəmisi batırılmayıb, canlı qüvvə itkisi qeydə alınmayıb.
Bəs real itki kimdədir? ABŞ Hərbi Dəniz Qüvvələri SEPAH-ın qeyri-qanuni neft ticarətini maliyyələşdirən “kölgə donanması”na qarşı ardıcıl əməliyyatlar keçirib. İranın 5-dən çox iri neft tankeri (M/T Riesco, Kaviz və s.) dəqiq zərbələrlə sıradan çıxarılıb və əməliyyatların video qeydləri təqdim edilib.
İranın cavabı və dezinformasiya taktikası:
İtirilən tankerlərin əvəzini çıxmaq və daxili auditoriyada psixoloji üstünlük görüntüsü yaratmaq üçün Tehran mülki ticarət tankerlərini təhdid etməyə və mediada şişirdilmiş “qələbə” xəbərləri yaymağa başlayıb.
Qlobal bazarlara təsiri:
Boğazda naviqasiya risklərinin artması və ticarət gəmilərinin hərəkətinin məhdudlaşması nəticəsində “Brent” markalı neftin qiyməti yenidən 100 dollar/barel psixoloji həddini keçib.
Görünən odur ki, cəbhədə real hərbi-iqtisadi itki yaşayan tərəf bunu virtual məkanda qondarma qələbə xəbərləri ilə ört-basdır etməyə çalışır.
Saleh Məmmədov,
Professor







