Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hörmüz boğazında üç konteyner gəmisinə hücum edilib.
Tezadlar.az xəbər verir ki, dəniz təhlükəsizliyi mənbələri və Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) hadisələrdə heç bir itki olmadığını bildirib.
Liberiya bayrağı altında üzən gəmi Omanın şimal-şərqindəki atışma və raket hücumları nəticəsində körpüsünə ziyan dəyib. Gəminin kapitanı hücumdan əvvəl İran İnqilab Keşikçilərinə məxsus bir qayığın onlara yaxınlaşdığını bildirib.
UKMTO İranın təxminən 8 dəniz mili qərbində ikinci bir gəmiyə atəş açıldığını, lakin heç bir ziyan dəymədiyini açıqlayıb. Üçüncü gəmi də eyni şəkildə hədəfə alınıb və qısa müddətə dayandırılıb, lakin heyət üzvlərinin təhlükəsiz olduğu bildirilir.
İranın Hörmüz boğazından keçən gəmilərə məhdudiyyətlər qoyması və qarşılıqlı hərəkətlər nəticəsində böhranın artması ilə bölgədə gərginlik artır.
E.ŞİRİNOV