Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2026 / 14:42

Hörmüzdə İsrailə məxsus gəmi İrana təslim edilib-SON DƏQİQƏ

Hörmüz boğazından keçməyə çalışan iki gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və İran sahillərinə gətirilib. Tezadlar.az İran mediasına istinadla xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb. Sitat: “Hörmüz boğazında “ağıllı nəzarət” çərçivəsində bu gün səhər “MSC-Francesca” və “Epaminodes” adlı gəmilər qanunsuz olaraq, gizli şəkildə və naviqasiya sistemlərinə müdaxilə etməklə Hörmüz boğazından çıxmağa çalışarkən SEPAH tərəfindən saxlanılıb. “MSC-Francesca” gəmisinin İsrailə məxsus olduğu bildirilir”.

Məlumata görə, sözügedən gəmilər dəniz təhlükəsizliyini riskə atıb. Gəmilərin yüklərinə və sənədlərinə baxılması üçün İran sahillərinə gətirildiyi qeyd olunub. SEPAH Hörmüz boğazından keçidlə bağlı qanunları pozanlara bir daha xəbərdarlıq edib.

ABŞ mediası isə yazır ki, Tramp bu xəbərdən qəzəblənib və Ağ Evdə təcili toplantı keçirilməyi planlaşdırırlar.

ELÇİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!