Əsas məzmuna keç

Hövsan- Türkan yolunda əsaslı təmirə başlanılıb-FOTO

Uzun illərdir təmirə möhtac qalmış Hövsan- Türkan magistral yolunda əsaslı təmirə start verilib. Tezadlar.az- ın əməkdaşı xəbər verir ki, artıq AYYDA işçiləri tərəfindən Hövsandan Türkan istiqamətinndə- SOCAR yanacaqdoldurma məntəqəsinin yanından Sərhəd Qoşunlarının N saylı hərbi şəhərciyinədək olan yol yonulub, asfalttökən ixtisaslaşmış texnika və maşınlar işə başlayıb. Yolun yataq hissəsi bərkidilir və tezliklə asfaltlama işlərinə başlanılacaq.

Xatırladırıq ki, Hövsan- Türkan yolunun üstündə çoxsaylı çimərliklər, o cümlədən İDEA İB- nin bu yay təşkil etdiyi pulsuz çimərlik də fəaliyuət göstərir. İndiyədək çimərliyə gələnlər, eləcə də Türkan-Qala qəsəbələri istiqamətinə gedən sərnişinlər çox əziyyət çəkirdi, sərnişin avtobusları isə tez- tez sıradan çıxırdı.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…