ABŞ Senatı Tramp administrasiyasından İrana hücumlarına son qoymağı tələb edən qətnaməni rədd edib. Xəbər verdiyimiz kimi, qətnamə 49 “bəli” səsinə qarşı 50 “yox” səsi ilə rədd edilib.
Tezadlar.az xəbər verir ki, ABŞ Senatı Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarının dayandırılmasını tələb edən qətnaməyə səs verib.
Senatdakı səsvermədə ABŞ Prezidenti Donald Trampı İrana hücumları dayandırmağa çağıran qətnamə qəbul edilməyib.
QƏTNAMƏ 49 SƏSƏ QARŞI 50 SƏSLƏ RƏDD OLUNDU
Qətnamə ilə bağlı səsvermədə 49 senator onu dəstəkləyib, 50 senator isə əleyhinə səs verib.
Respublikaçıların əksəriyyəti qətnaməyə qarşı çıxsa da, Pensilvaniya senatoru Con Fetterman “yox” səs verən yeganə Demokrat senator olub.
NÜMAYƏNDƏLƏR PALATASI TƏRƏFİNDƏN İYULDA QƏBUL EDİLDİ
İrana qarşı hücumlara son qoymağı tələb edən oxşar qətnamə layihəsi iyul ayında Nümayəndələr Palatasında da müzakirə edilib.
Qətnamə Nümayəndələr Palatasında 214 lehinə və 208 əleyhinə səslə qəbul edilib.
Senatda keçirilən səsvermədən sonra qətnamə qanuna çevrilməyib.
ELBAR







