Əsas məzmuna keç

“HÜNƏR” MTK NİYƏ MƏHKƏMƏYƏ VERİLİB? – SƏBƏB

“Hünər” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı məhkəmə iddiası qaldırılıb.

Məlumata görə, “Hünər” MTK-ya (VÖEN-1400546941) qarşı məhkəmə iddiası “Azsığorta” ASC tərəfindən qaldırılıb.

“Azsığorta” ASC tərəfindən qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.

Qeyd edək ki, məhkəmə iddiası sığorta müqaviləsi üzrə mübahisələrə əsasən qaldırılıb.

Məlumat üçün onu da bildirək ki, hazırda “Hünər” MTK-nın dövlət büdcəsinə 5 min 571 manat 52 qəpik vergi borcu da var.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…