HUSİLƏR İSRAİLİN BEN QURİON HAVA LİMANINA RAKET ZƏRBƏSİ ENDİRİBLƏR

Oxunma sayı: 34

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Tel-Əvivdəki Ben Qurion hava limanına “hipersonik ballistik raket”lə hücum ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 tipli hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsindəki Ben Qurion hava limanına (Təl-Əviv – RED.) hücum edərək xüsusi hərbi əməliyyat keçirib əməliyyat insan tələfatına və hava limanında naviqasiyanın dayandırılmasına səbəb olub”, – bəyanatını Husilərə məxsus Al Masirah telekanalı yayımlayan hərəkatın nümayəndəsi bildirib.

Saria həmçinin iddia edib ki, “Ənsar Allah”ın pilotsuz uçan aparatının zərbəsi Təl-Əviv bölgəsində “İsrailin kritik düşmən hədəfi”ni məhv edib.

E.ŞİRİNOV

Xəbəri paylaş