Əsas məzmuna keç

Husilər bir gündə İsrail ərazisinə ikinci raket zərbəsi endirdiklərini açıqladılar

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri bir gündə ikinci dəfə İsrail ərazisinə hücum edib.

Qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib ki, sonuncu zərbə “hipersonik ballistik raket”lə Qüds bölgəsindəki hədəfə endirilib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri “Fələstin-2″ hipersəs ballistik raketi ilə işğal altındakı Qüdsün qərbində İsrailin həssas düşmən hədəfinə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub”, – Tezadlar.az xəbər verir ki, hərəkatın nümayəndəsi Husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…