Hərbi ekspert Ədalət Verdiyev yazır: “…Yəmənin paytaxtı Səna şəhərində İran tərəfindən dəstəklənən husilər tikinti texnikası ilə Türkiyə Şəhidliyində yerləşən abidəni dağıtmağa başlayıblar. Yəmən Müdafiə Nazirliyinin binası yaxınlığında yerləşən bu abidə, 400 il ərzində Yəmən torpaqlarında həyatını itirən osmanlı əsgərlərinin xatirəsini yaşadırdı. Türkiyə Xarici İşlər Nazirliyi xain hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanat yayaraq, bunun iki ölkənin ortaq tarixinə hörmətsizlik olduğunu bildirib. Türkiyə Əsgəri əcdadlarına qarşı törədilən bu vəhşiliyə sarsıdıcı bir cavab verəcək. Görünür İran dəstəkli dəniz quldurları Türk ilə özlərini dəyişik salıblar. Yaxın zamanda Husilər dərin peşmançılıq hissi keçirəcəklər. Buna şübhəm yoxdur…”.
Sitatın sonu!






