Əsas məzmuna keç

İD İRANDAKI TERROR AKTINA GÖRƏ MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRÜB

İranda törədilən terror aktına görə məsuliyyəti “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının nümayəndələri öz üzərinə götürüb.

Bu barədə “Reuters” xəbər verir.

“”İslam Dövləti” cümə axşamı İranda mərasimdə 100-ə yaxın insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb”, – agentlik yazıb.

Bundan əvvəl İranda general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında partlayış baş verib.

Bütün İranda yanvarın 4-ü matəm günü elan edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…