Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Hadisə yerinə gedən polis əməkdaşları müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes” markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qəza zamanı həlak olanlar hərbi qulluqçulardır.
TEZADLAR.AZ