Yekaterinburqda iki yerli sakinin konservləşdirilmiş balıqdan botulizmə yoluxmasından sonra cinayət işi açılıb.
Tezadlar.az bu barədə Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixə istinadən xəbər verir.
“İki yerli sakinin botulizmə yoluxması ilə bağlı fövqəladə vəziyyətlə əlaqədar Yekaterinburq Daxili İşlər Nazirliyinin 10 saylı polis bölməsinin istintaq bölməsi cinayət faktı üzrə cinayət işi açıb və araşdırma aparır (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulur. “Səhlənkarlıqdan insanların kütləvi xəstəliyinə və ya zəhərlənməsinə səbəb olan sanitar-epidemioloji qaydaların pozulması”)”, – Qorelix deyib.
Onun sözlərinə görə, hazırda həmin konservlərin istehsalı və satışı ilə məşğul olan şəxslər axtarılır. Bundan əlavə, o qeyd edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Sortirovka ərazisindəki bazardan da şorba alan vətəndaşları axtarır.
Bir gün əvvəl “Vətən naminə” balıq zavodunun keyfiyyət təminatı şöbəsinin müdiri Anna Roboçenko Yekaterinburq sakinlərinin botulizmə yoluxduğu şorbaların saxta olduğunu bildirib.
E.ŞİRİNOV