Əsas məzmuna keç

İKİ QATAR TOQQUŞUB

Çelyabinsk vilayətində iki yük qatarının toqquşması baş verib, fəhlələrdən biri xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Cənubi Ural Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.

“Çelyabinsk-Yujnı stansiyasında iki yük qatarı, üç boş platforma və yüklə bir platformanın toqquşması nəticəsində relsdən çıxıb. İlkin məlumata görə, lokomotiv briqadalarının işçilərindən biri xəsarət alıb, ona lazımi tibbi yardım göstərilir”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…