Əsas məzmuna keç

İKİ UKRAYNA KƏŞFİYYATÇISI 15 İL AZADLIQDAN MƏHRUM EDİLİB

Məhkəmə iki Ukrayna kəşfiyyatçısını casusluqda ittiham edərək 15 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) məlumat verilib.

“Məhkəmə iki Ukrayna kəşfiyyatçısının hər birinə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib, cəzasını sərt rejimli koloniyada çəkməyə məhkum edib”, – İƏM bildirib.

Onlar 2022-ci ildə casusluqda və Rusiya hərbçilərinin ölümündə və xüsusi əməliyyat zonasında hərbi texnikanın məhv edilməsində iştirakda şübhəli bilinərək FTX tərəfindən saxlanılıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…