29 Aprel 2022 / 14:20

İLHAM ƏLİYEV BEYNƏLXALQ KONFRANSDA MÜHÜM BƏYANATLAR SƏSLƏNDİRDİ

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşü zamanı bir sıra mühüm BƏYANATLAR səsləndirdi…
Tezadlar.az xatırladır ki, Prezidentin səsləndirdiyi bəyanatlar bunlardır:
* SOCAR-da aparılan islahatlar çərçivəsində biz yeni idarəetmə modelini tətbiq edirik.

* Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır.

* Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bu barədə açıq danışırıq.

* Rusiya ilə yaxşı münasibətlərimiz olduğunu inkar etmirik.

* Avropa İttifaqına daxil olmaq çox, çox uzun prosesdir və Azərbaycanın timsalında bu, mümkün olmayan ssenaridir.

* Ermənistanla sülh asan olmayacaq.

* Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik ki, onlar Azərbaycan vətəndaşı olaraq bunu tezliklə başa düşəcəklər.

* Qarabağ ermənilərindən müsbət siqnallar gəlir, ilkin təmaslara başlanılıb.

* Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində fəal rol oynaya bilər. Biz bunu dəstəkləyirik.

* Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir.

* Azərbaycan özünü risklərdən qorumaq üçün ordunu gücləndirməkdə davam edəcək.

* Azərbaycan Avropa qaz bazarında Rusiya ilə rəqabət aparmaq niyyətində deyil…
*** 
AZƏRBAYCAN 44 GÜNLÜK ZƏFƏR MÜHARİBƏSİ İLƏ NƏİNKİ ERMƏNİSTANIN BÜTÜN İŞĞALÇILIQ NİYYƏTLƏRİNİN ÜSTÜNDƏN QARA XƏTT ÇƏKDİ… HƏM DƏ BÖLGƏDƏ YENİ REALLIQLAR YARATDI, DÜNYAYA SÜLHÜN VƏ ƏMİN-AMANLIĞIN CARÇISI OLDUĞUNU BƏYAN ETDİ…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!