Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2023 / 20:00

İLHAM ƏLİYEVƏ AD GÜNÜ TƏBRİKLƏRİ SƏRHƏD TANIMIR – PUTİNDƏN MƏKTUB

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Tezadlar.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir. Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım. Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!