İMQ LİVANDAN İSRAİLİN ŞİMALINA 10 MƏRMİ ATILDIĞINI BİLDİRİB

İsrailin şimal bölgələri Livandan yeni atəşə məruz qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin məlumatına görə, ölkənin şimal rayonlarına doğru 10-a yaxın mərmi atılıb.

Mətbuat xidməti həmçinin bildirib ki, bu hücum nəticəsində İsrailin şimalındakı Neot Mordexay kəndi yaxınlığında hava hücumu sirenləri səslənib. “Bu ərazidə mərmilərin düşməsi qeydə alınıb”, – ordu əlavə edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

10 İyul