Əsas məzmuna keç

İNZİBATİ İCRAÇI VƏZİFƏLƏR ÜZRƏ TEST İMTAHANI ÜÇÜN 776 NƏFƏR MÜRACİƏT EDİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydıyyat davam edir.

DİM-dən bildirilib ki, imtahan vermək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 10:10-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 776 (BA – 207, BB – 569) namizəd qeydiyyatdan keçib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…